Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yusuf Dikeç Maska müraciət etdi: cavab gecikmədi

Yusuf Dikeç Maska müraciət etdi: cavab gecikmədi

Tarix: 5 Avqust 2024 14:12

Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç gündəmdə qalmağa davam edir.

Belə ki, dünyada məşhurlaşan atıcı "X" hesabında etdiyi paylaşımda iş adamı İlon Maskı İstanbula dəvət edib və Maskın buna cavabı gecikməyib.

Bu barədə Milli.Az Oxu.Az-a istinadən bildirir.

"Salam İlon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?" - deyə Yusuf Dikeç paylaşımda yazıb.

"Robotlar hər zaman hədəfi tam ortasından vuracaqlar. İstanbulu ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dünyanın ən böyük şəhərlərindən biridir", - deyə İlon Mask cavablayıb.

Milli.Az


Etiketlər:  Yusuf Dikeç Maska müraciət etdi cavab gecikmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ