Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2024 17:32
İndi Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İran asimmetrik hərəkətlərdən çəkinməli və müharibənin qarşısını almalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
"Tehranın atdığı addımlar simmetrik olmalıdır, yəni İran İsrailin yüksək rütbəli məmurlarının - Netanyahu və ya ordu rəhbərinin qətlini təşkil etməlidir. Tehranın hərəkətləri müharibəyə səbəb olarsa, bu böyük müharibədə hamı iştirak edəcək: Türkiyə, Rusiya və ABŞ. İranı müharibəyə cəlb etmək ABŞ-a deyil, Böyük Britaniya və İsrailə lazımdır. İngilislər isə bütün bunları öz adalarından sakitcə izləyəcəklər", - o bildirib.