Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"dan hücum futbolu gözləyirdik" - Xulen Lopetegi

Tarix: 29 Noyabr 2019 02:56

"Sevilya"nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının 5-ci turunda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, matçla bağlı bunları deyib: "Biz "Qarabağ"ın oyuna 5 müdafiəçi ilə başlamasına təəccübləndik. Rəqibdən hücum futbolu gözləyirdik. Bununla belə, oyunu oxudular və müdafiədə az səhvə yol verdilər. Ancaq hücum şansları da az oldu".

X.Lopetegi Ağdam klubunun növbəti mərhələyə layiq olduğunu söyləyib: “Qarabağ” neçə ildir Avropada oynayır. Çempionlar Liqasında yaxşı oyunlar göstərib, mən "Atletiko" ilə matçlarını xatırlayıram. Bu komanda öz çempionatlarında hamıdan  iki baş üstündür. Ona görə də Avropada inamlı çıxış edir. “Qarabağ” qrupdan çıxmağa layiq idi".

 


Etiketlər:  Qarabağdan hücum futbolu gözləyirdik Xulen Lopetegi


RƏYLƏR