Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Düşünürlər ki, Rozanın oğludursa, əla yaşayır”

“Düşünürlər ki, Rozanın oğludursa, əla yaşayır”

Tarix: 8 Avqust 2024 10:50

"Mən dilənçi deyiləm. Sadəcə çətin anımda kiçik yardıma ehtiyacım var idi. Sağ olsun insanlığı itirməyən  vicdanlı qonşularım çətin anımda yanımda oldular".

Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerar Qafarov sosial media hesabında yazıb.

Hazırda işsizlikdən şikayətlənən Jerar bildirib ki, Zərgərli onunla maraqlanmır:

"Həyatımla bağlı bilib-bilmədən hər kəs fikir sahibidir. Hər kəs həyatımı görmək istədiyi kimi görür. Kimə görə əla yaşayıram, kimə görə avara. Mən də istədiyirdim ki, ali təhsil alım. Lakin yaşadığım çarəsizlik məni iş həyatına atdı. Namusumla hər işdə işləmişəm. Mən ən başda hər gün aldığım nəfəsə görə Allaha şükür edirəm. Sonra səhəri gün nəfəs alım deyə, mübarizə aparıram. Hər kəs düşünür ki, müğənni Roza Zərgərlinin oğludur, əla yaşayır və sairə. Öncəliklə nə mən, nə də qardaşım Corc Qafarov onun oğlu deyilik. Övladlığıyıq. Bizim anamız Leyla Qafarovadır. Onu da illər əvvəl xəstəlikdən itirdik. Bizi yaşadığı zaman uşaqlar evinə qoydu. Həyat onu elə hala saldı ki, "Azərbaycan gözəli" seçilən anam küçələrdə xəstəliyə tutuldu və rəhmətə getdi. Bizi də küçələrdə ölməyək deyə, uşaqlar evinə qoydu. Yoxsa, heç bir əsl ana övladlarından imtina etməz. Bizim anamız da etmədi. Roza Zərgərli bizə bir qədər yardım edib. Başımın üstündə Allah var, yalan danışa bilmərəm. Bəli, bizə kömək edib. Lakin əgər övladlığa kimisə götürürsənsə, maddi yox, mənəvi olaraq onlarla maraqlanmalısan. Harada qaldığımı, nə yeyib-nə içdiyimi bilmir. Ona haqq qazandırmazdan əvvəl həyatıma bir dəfə də olsa, mənim tərəfdən baxın. Hələ danışmadığım çox şey var. Bunu oxuyun kifayətdir. Əgər oxusanız... Hörmətlə Jerar Qafarov".


Etiketlər:  Düşünürlər Rozanın oğludursa əla yaşayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ