Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bacım xərçəngdən, qardaşım oğlu leykozdan öldü''

''Bacım xərçəngdən, qardaşım oğlu leykozdan öldü''

Tarix: 8 Avqust 2024 16:20

Aparıcı Xoşqədəm Hidayətqızı ailəsinin başına gələn faciələrdən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "Səni axtarıram" verilişində deyib.

"Bacım 38 yaşında xərçəngdən vəfat etdi. Azyaşlı uşaqları yetim qaldı. Qardaşımın biri 1990-ci illərdə dünyasını dəyişib. İllər sonra, bu yaxınlarda xəstə atam bacıları və qızları ilə birlikdə onun dağıdılmış məzarını çətinliklə tapdı. Bunu necə danışmayım? Digər qardaşım vətən, yurd həsrəti ilə öldü. Ölümündən əvvəl məndən söz aldı ki, torpaqlarımız alınandan sonra qəbrini oraya köçürəcəyəm. Necə bunu danışmayım? Qardaşımın övladı leykoz xəstəliyindən qucağımda öldü. İllərlə onun üçün Türkiyədə və digər ölkələrdə qan, donor, ilik axtardıq, onun-bunun qapısında pul yığmaq üçün diləndik. Daha saymıram, dərdimiz çoxdur. Dərd nədir bilirəm. Əmim yüksək dağların birində yıxılmışdı, yox olmuşdu. Bütün kənd camaatı günlərlə onu axtarırdılar. Nənəm göz yaşı axıdırdı.

Bacımın 14 yaşlı uşağı suda boğularaq öldü. Yəni bu dərdlərin hamısını yaşadığım üçün mən bu verilişə pənah gətirən insanların dərdini özümkü hesab edirəm. Ona görə yanaraq danışıram. Bacımın oğlu göldə axtarılıb tapılana qədər mən verilişdə idim. Efiri dayandırmadım. Hər an rejissor qulağıma xəbər verirdi. Düşünün ki, mən verilişi necə aparmışam. Bacımın oğlunun göldən meyiti çıxarılanda veriliş bitdi və mənə bunu dedilər. Bunları mən yaşamışam. İnsanların dərdinə öz dərdiniz kimi yanaşın" deyə, Xoşqədəm açıqlayıb.

Milli.Az


Etiketlər:  Bacım xərçəngdən qardaşım oğlu leykozdan öldü


RƏYLƏR