Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024: Güləşçilərimiz üçün son püşk atıldı

Paris-2024: Güləşçilərimiz üçün son püşk atıldı

Tarix: 9 Avqust 2024 16:34

Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarının son püşkü atılıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, sabah mübarizəyə başlayacaq sərbəst güləşçilərin rəqibləri bəlli olub.

Azərbaycan pəhləvanları Hacı Əliyevlə Maqomedxan Maqomedovun da ilk görüşdə qarşılaşacağı idmançılar müəyyənləşib. 65 kq çəkidə çıxış edən Hacı Meksika təmsilçisi Ostin Qomeslə üz-üzə gələcək.

97 kq çəkidə çıxış edən Maqomedxan isə Dominikan Respublikası təmsilçisi Luis Migel Pereslə görüşəcək. Hər iki güləşçimiz mübarizəyə 1/8 finaldan başlayacaq.

Qeyd edək ki, bu iki çəki dərəcəsində həlledici qarşılaşmalar avqustun 11-də keçiriləcək.


Etiketlər:  Paris 2024 Güləşçilərimiz üçün püşk atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ