Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Viktoriya Bekhem haqda serial çəkiləcək

Viktoriya Bekhem haqda serial çəkiləcək

Tarix: 22 Avqust 2024 06:30

"Netflix" platforması dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, modelyer Viktoriya Bekhem haqda sənədli serial üzərində işləyir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Hələ adı açıqlanmayan layihə Viktoriyanın 90-cı illərin musiqi super ulduzundan müasir moda ustasına qədər olan səyahətindən bəhs edəcək.

Modelyerin özü, ailə üzvləri, eləcə də dostları və həmkarları serialda yer alacaqlar.

Layihənin prodüserliyini onun əri Devid Bekhemin daha əvvəl "Bekhem" sənədli filmini çəkən "Studio 99" şirkəti edəcək.

Qeyd edək ki, Viktoriya keçmiş "Spice girls" qrupunun üzvüdür.


Etiketlər:  Viktoriya Bekhem haqda serial çəkiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ