Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp gülləkeçirməz şüşə arxasında... - FOTO

Tramp gülləkeçirməz şüşə arxasında... - FOTO

Tarix: 22 Avqust 2024 10:34

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolinada seçkiqabağı mitinqdə iştirakçılara müraciət edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  siyasətçi gülləkeçirməz şüşə arxasında ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk açıq hava tədbirini keçirib.

"76 gün sonra biz bu ştatda qalib gələcəyik və Ağ Evi geri alacağıq" , - Tramp tərəfdarlarına bildirib.

Qeyd edilir ki, gülləkeçirməz panellər səhnə boyunca qoruyucu divar yaradıb. Agentlik snayperlərin sayı da daxil olmaqla, tədbirdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Xatırladaq ki, iyulun 14-də Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində çıxışı zamanı güllələnib. 20 yaşlı Tomas Metyu Kruks Trampın çıxış etdiyi səhnədən 130 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.


Etiketlər:  Tramp gülləkeçirməz şüşə arxasında FOTO


RƏYLƏR