Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzza üçün yeni danışıqlar nə vaxt başlayacaq?

Qəzza üçün yeni danışıqlar nə vaxt başlayacaq?

Tarix: 22 Avqust 2024 20:22

Qəzzada atəşkəslə bağlı danışıqlar gələn həftəyə təxirə salınıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, "National" məlumat yayıb.

Məlumata görə, Qəzzada atəşkəsə dair cümə axşamı Qahirədə başlamalı olan danışıqların növbəti raundu tərəflərə yeni təklifləri müzakirə etmək üçün vaxt vermək məqsədilə gələn həftəyə təxirə salınıb:

"ABŞ, Misir və Qətər yenidən danışıqlarda vasitəçi kimi çıxış edəcək. İsrail nümayəndə heyətinin də dialoqa qoşulacağı gözlənilir".

Qeyd edək ki, daha öncə vasitəçilərin danışıqları qeyri-müəyyən müddətə təxirə saldığı xəbəri yayılıb.


Etiketlər:  Qəzza üçün yeni danışıqlar vaxt başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ