Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldonun Corcina ilə evləndiyi üzə çıxdı - FOTO

Ronaldonun Corcina ilə evləndiyi üzə çıxdı - FOTO

Tarix: 23 Avqust 2024 04:04

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezlə bağlı açıqlaması gündəm olub.

Milli.Az olay-a istinadən bildirir ki, buna səbəb idmançının sonuncu müsahibəsində sevgilisini onun həyat yoldaşı olduğu deməsi olub. 

Lakin nə Ronaldo nə də ki Rodrigez sözügedən açıqlama ilə bağlı heç bir şərh verməyiblər. 

"YouTube"da yayımlanan yeni videoda futbolçu sevimli həyat yoldaşına zəng edib və üstəlik, Corcina əlindəki üzüyü belə gizlətməyib. Beləcə, Kriştiano Ronaldonun Corcina Rodriqeslə gizli şəkildə evlənməsi öz təsdiqini tapıb.

Qeyd edək ki, idman ulduzunun beş övladı var və onlardan yalnız ikisi Corcinadandır - 6 yaşlı Alana Martina və qardaşını itirən 2 yaşlı Bella Esmeralda. Ronaldonun ən böyük varisi, 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Amma əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər. Buna baxmayaraq, Corcina sevgilisinin bütün varislərini özününkü hesab edir.

Milli.Az


Etiketlər:  Ronaldonun Corcina ilə evləndiyi üzə çıxdı FOTO


RƏYLƏR