Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2024 14:24
İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ölkənin dörd əyalətində İŞİD-Xorasan (İŞİD-in Əfqanıstan qolu) kimi tanınan terror qruplaşmasının 14 üzvünün saxlanıldığını açıqlayıb.
Sonxeber.net bildirir ki, bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, İŞİD-Xorasan terror qruplaşmasının 7 üzvü Fars əyalətində, digər 7 üzvü isə Tehran, Əlborz və Xuzistan əyalətlərində ələ keçirilib.
Qeyd olunub ki, həbs olunan terrorçular son bir neçə gündə terror əməliyyatları keçirmək məqsədilə qanunsuz şəkildə İrana daxil olublar.