Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Uşaqlıqda Bekhemin dediyi hər şeyi edirdim” - FOTO

“Uşaqlıqda Bekhemin dediyi hər şeyi edirdim” - FOTO

Tarix: 24 Avqust 2024 15:30

İngiltərə yığmasının və "Bavariya"nın hücumçusu Harri Keyn uşaqlıqda hansı futbolçuları özünə kumir hesab etdiyini açıqlayıb. 

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, o, ingiltərəli keçmiş futbolçular Teddi Şerinqem və Devid Bekhemin adını çəkib.

"Uşaqlıqda ən çox sevdiyim oyunçu kim olub? İngiltərəli hücumçu Teddi Şerinqemi bəyənirdim. Sonralar Devid Bekhem mənim kumirim oldu. Uşaqlıqda Bekhemin dediyi hər şeyi edərdim. İndi mən bir çox uşaqlar üçün örnəyəm və onlara nümunə olmağa çalışıram".

Qeyd edək ki, Keyn karyerasının əsas hissəsini (2013-2023) "Tottenhem"də keçirib. 31 yaşlı hücumçu ötən ilin yayında "Bavariya"ya transfer olub.


Etiketlər:  Uşaqlıqda Bekhemin dediyi hər şeyi edirdim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ