Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makronun aktiv ''Telegram'' istifadəçisi olduğu üzə çıxıb

Makronun aktiv ''Telegram'' istifadəçisi olduğu üzə çıxıb

Tarix: 27 Avqust 2024 13:40

Fransa prezidenti Emmanuel Makron, yaradıcısı Pavel Durovun həbs olunmasına baxmayaraq, "Telegram" mesencerindən fəal şəkildə istifadə edir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Fransa parlamentinin keçmiş deputatı bildirib ki, Makron onunla "Telegram" mesencerində yazışıb. O, həmin yazışmaları göstərib.

Məlumata görə, Makron ilk prezidentlik kampaniyası başlayandan "Telegram" istifadəçisidir. Fransa hökumətinin üzvləri, müxtəlif rütbə və partiyaların siyasətçiləri də mesencerdən fəal şəkildə istifadə etməkdə davam edirlər.

Durovun işini araşdırmayan, lakin onun keçmişi ilə tanış olan Fransa Ədliyyə Nazirliyinin rəsmisi deyib ki, Paris "Telegram" administrasiyasının Fransa hakimiyyət orqanları ilə əməkdaşlıq etmək istəməməsi səbəbindən mesencerdən "inciyib".


Etiketlər:  Makronun aktiv Telegram istifadəçisi olduğu üzə çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ