Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov: ''Məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sənətdə işləməyə dəyməz'' - MÜSAHİBƏ

Qurban Qurbanov: ''Məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sənətdə işləməyə dəyməz'' - MÜSAHİBƏ

Tarix: 27 Avqust 2024 17:58

"Oyunun mahiyyəti bəllidir. Bizim üçün çox vacib matçlardan biridir. Hesabda geridə olsaq da, əlimizdən gələni edəcəyik".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

52 yaşlı mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin Zaqreb "Dinamo"su ilə sabah keçiriləcək cavab oyununa həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Komanda pis hazırlaşmayıb. İnamımız böyükdür. Qalibiyyət üçün əlimizdən gələni etməyə çalışacağıq. Rəqibi tanıyırıq. Ambisiyalı komandadır. Görünür ki, onların üstünlüyü bizdən çoxdur. Sabah yaxşı nəticə əldə etmək üçün hər futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır. Futbolçularımdan da bunu gözləyirəm".

- Əgər bu oyunu da uduzsanız, bunu şəxsi faciə kimi dəyərləndirəcəksiniz?

- Əgər hər bir məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sənətdə işləməyə dəyməz. İdmanda nəticə həmişə qalibiyyət, məğlubiyyət və bərabərlikdir. Bir şeyə həmişə əmin olmuşam ki, biz hər bir oyuna məsuliyyətli hazırlaşmışıq. Əgər nəticə yaxşı olmayıbsa, bunun heç vaxt səbəbi bizim məsuliyyətsizliyimiz olmayıb. Təbii ki, bu oyunda da uduzmaq istəmirik.

- Sabah qapıda kim olacaq? Veşoviç və Yankoviç vəziyyəti necədir?

- Qapıçı ilə bağlı oyuna kimi qərar verəcəyik. Veşovicdə durum pis deyil. Dünəndən artıq məşqlərə qoşulub. Yankoviç ancaq komanda ilə məşqlərə qoşulmayıb.

- Julio Romaonun oynaması ilə bağlı siz nə düşünürdünüz?

- Oynamayacaq deyə şübhəmiz vardı. Sadəcə reqlamentdə bir nüans vardı ki, onu incələmək lazım idi. Ancaq yazılı kağız istəyirdik ki, dəqiq oynayacağı əlimizdə olsun.

- Siz hesab arasında fərqə görə ilk dəqiqələrdən hücum etməyə məcbur ola bilərsiniz. Sabah hücumla bağlı necə bir oyun taktikası düşünürsünüz? Bir də transfer məsələsində yenilik varmı?

- Qarşımızda Zaqreb "Dinamo"sudur və 3:0 hesabı ilə irəlidədir. Bəzən tək cəsarət olanda istədiyimizi ala bilmirik. Təzyiq etməliyik, ancaq bu ağıllı olmalıdır. Səfərdə də rəqibin əks-hücumlarını gördük. Ola bilər ki, xorvatlar sabah bizə qarşı tam düşünmədiyimiz şəkildə oynasınlar. Biz ağıllı və cəsarətli olmalıyıq. Etdiklərimizi daha da yaxşılaşdırmalıyıq. Transfer məsələsinə gəldikdə, axtarışlar gedir. Hazırda oyunçuya ehtiyac var. Ən pis halda isə əlimizdəki futbolçular da pis deyil.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" matçı saat 20:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov Məğlubiyyəti faciə kimi düşünəcəyiksə sənətdə işləməyə dəyməz MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ