Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” üçün çətin vəzifə

“Qarabağ” üçün çətin vəzifə

Tarix: 28 Avqust 2024 09:38

Azərbaycan çempionu "Qarabağ" növbəti avrokubok matçına çıxacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.

Ağdam təmsilçisi Zaqrebdə 0:3 hesabı ilə uduzduğu Xorvatiya çempionu "Dinamo"nu qəbul edəcək. "Qarabağ" bu böyük fərqi aradan qaldırmaqla azarkeşlərini sevindirməyə çalışacaq. Təmsilçimiz bu çətin vəzifənin öhdəsindən gəlsə, Çempionlar Liqasında Liqa mərhələsində mübarizə aparacaq. Cütün uğursuzu isə Avropa Liqasında eyni raundda çıxış edəcək.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin püşkü avqustun 28-də, Avropa Liqasında isə ertəsi gün atılacaq.

Çempionlar Liqası
Pley-off mərhələsi

Cavab oyunu
28 avqust
20:45. "Qarabağ" - "Dinamo" (Zaqreb, Xorvatiya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 0:3

Milli.Az


Etiketlər:  Qarabağ üçün çətin vəzifə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ