Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2024 13:08
Bişkekdə (Qırğızıstan) bir kişi qısa müddətdə iki dəfə qəzaya düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Mərkəzinə məlumat verilib.
Bokonbayev və Abdrahmanov küçələrinin kəsişməsində baş verən qəza zamanı xəsarət alan sürücünü ağır qanaxma ilə təcili yardım maşınında xəstəxanaya aparan zaman Manasa və Axunbəyov küçələrinin kəsişməsində daha bir qəzaya düşüb.
Təcili yardım maşınının uğradığı qəzada həkim, feldşer və maşının sürücüsü də xəsarət alıblar. Onlar müxtəlif bədən xəsarətləri, o cümlədən beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıblar.
Səhiyyə naziri Alımkadır Beyşənəliyev qəza yerinə baş çəkib.