Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağa qayıtmaq istədilər, obyekt tapmadılar

Qarabağa qayıtmaq istədilər, obyekt tapmadılar

Tarix: 28 Avqust 2024 14:16

Daşnaksütyun Partiyası növbəti anti-Azərbaycan xarakterli tədbirə hazırlaşır.

Sonxeber.net globalinfo.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Partiyanın keçmiş qondarma rejimin "müstəqillik günü"nü keçirməyi planlaşdırdığı bildirilir. Lakin daşnaklar tədbir üçün məkan tapa bilmirlər.

Mərasimin keçirilməsi üçün bir neçə məkanla razılıq olsa da, sonradan rezervasiya obyekt sahibləri tərəfindən ləğv edilib.

Qeyd edək ki, Ermənistan rəhbərliyi son bir ildə keçmiş separatçı rejimin nümayəndələrinin ölkədə aktiv tədbirlər keçirməsinə əngəl yaradır. Baş nazir Nikol Paşinyan administrasiyası separatçılardan İrəvandakı "rəsmi qurumların" ləğvini də tələb edir.


Etiketlər:  Qarabağa qayıtmaq istədilər obyekt tapmadılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ