Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2024 15:05
Dünyaca məşhur Hollivud aktrisası Ancelina Coli Venesiya Film Festivalı üçün İtaliyaya uçub.
Sonxeber.net olay-a istinadən bildirir ki, aktrisa görünüşündə etdirdiyi əhəmiyyətli dəyişikliklərlə ictimaiyyəti təəccübləndirib.
Bred Pittin keçmiş sevgilisi imicini dəyişmək qərarına gəlib. Aktrisa saçlarını bir neçə ton daha açıq rəngə boyayıb və nəzərəçarpacaq dərəcədə cavan görünməyə başlayıb.
Ulduz çıxış üçün bej rəngli "Dior" markasına məxsus trençkotu və tünd göy rəngli "maksi" ətək seçib. Görünüşünü Coli uzun qara çəkmələrlə tamamlayıb. O, gözlərini tünd eynək arxasında gizlədib.