Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdmançı Messi ilə müqayisə edilməsinə belə reaksiya verdi: ''Siz dəlisiniz!''

İdmançı Messi ilə müqayisə edilməsinə belə reaksiya verdi: ''Siz dəlisiniz!''

Tarix: 31 Avqust 2024 08:12

Formula 1 komandası "Uilyams"ın nın 21 yaşlı argentinalı pilotu Franko Kolapinto Kral Yarışlarında debütü ərəfəsində azarkeşlərin onu Lionel Messi ilə müqayisə etməsindən danışıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Kolapintonun sözlərini "Racingnews365" sitat gətirib.

"Özünü Leo Messi kimi hiss etmək çox çətindir, amma bəzən azarkeşlərin bizi müqayisə etdiyini görürəm və düşünürəm: "Siz dəlisiniz, çünki Messi tanrı kimidir və heç bir müqayisə gəlmir. Amma 23 ildir ki, argentinalı Formula 1 sürücüsü yoxdur, ona görə də görünüşümün argentinalıları necə çox sevindirdiyini görə bilirəm, çünki bu, həm onlar üçün, həm də mənim üçün xüsusi bir məqamdır.

Düşünürəm ki, argentinalının Formula 1-də meydana çıxması təkcə məni deyil, bütün ölkəmizi sevindirmək üçün böyük səbəbdir. Mən gənc bir sürücü kimi hər hansı bir həmyerlimizə dəstək olmaq istərdim və indi o qədər insan Formula 1-ə baxmağa gəlir, Bunu görmək çox gözəldir", - Kolapinto bildirib.


Etiketlər:  İdmançı Messi ilə müqayisə edilməsinə belə reaksiya verdi dəlisiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ