Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2024 20:36
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında yeraltı tuneldə cəsədi aşkarlanan rusiyalı Aleksandr Lobanovun ailəsinə zəng edərək, onu xilas edə bilmədiklərinə görə üzr istəyib.
Bu barədə Sonxeber.net oxu.az-a istinadən xəbər verir.
"Sizə nə qədər təəssüfləndiyimi söyləmək və Saşanı sağ-salamat qaytara bilmədiyim üçün üzrxahlıq diləmək istəyirəm", - Netanyahu deyib.
Qeyd edək ki, Netanyahunun hərbi müşaviri Roman Hoffman Qəzzada saxlanılan girovlarla bağlı razılaşmanı təşviq etmək üçün Moskvaya səfər edib. İsrailin baş naziri bu barədə Lobanovlar ailəsinə məlumat verib.