Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bunlar hələ başlanğıcdır…” - Ərdoğan

“Bunlar hələ başlanğıcdır…” - Ərdoğan

Tarix: 2 Sentyabr 2024 09:20

"Terrorçulardan təmizlənən ərazilər hər kəsin üzünə açıqdır".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hotelin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir vaxtlar terrorçuların "at oynatdığı" yerlərdə artıq hüzur var: "İndi oralar təhlükəsizdir. İstehsal və inkişafın şahidi oluruq. İnşallah daha yaxşı yerlərə gəlib daha gözəl günlərə doğru addımlayacağıq".

O bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində turizm getdikcə inkişaf edir: "Bunlar hələ başlanğıcdır. Çatmaq istədiyimiz məqsədlərimiz çoxdur. Sağlamlıq, müdafiə sənayesi, qida sənayesi, tekstil, tikinti kimi turizmdə də dünya brendinə çevrilənə qədər dayanmayacağıq".


Etiketlər:  Bunlar hələ başlanğıcdır Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ