Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ukraynanın qələbəsi yalnız bu dörd ölkədən asılıdır”

“Ukraynanın qələbəsi yalnız bu dörd ölkədən asılıdır”

Tarix: 4 Sentyabr 2024 18:48

"Bu gün dörd ölkə Rusiyanı Ukrayna ərazisindən çıxarmağa qadirdir".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Saymon Harrislə mediaya birgə bəyanatı zamanı deyib.

"Uzaqmənzilli silahlardan istifadə etmək üçün bizə onları verən ölkələrdən icazə lazımdır. Bu isə həmin ölkələrdən asılıdır. Düzünü desəm, bu, bütün dost tərəfdaşların, bütün dünya ölkələrinin koalisiyasından asılı deyil".

Zelenski vurğulayıb ki, bu qərar konkret dövlətlərdən: ABŞ, Britaniya, Fransa və Almaniyadan asılıdır.

"Yalnız bu dörd ölkə Rusiyanı ərazimizdən sıxışdırıb çıxarmaqda və bütün şəhərlərdə: Poltava, Lvov, Xarkov, Kiyevdə mülki əhalinin həyatını xilas etməkdə bizə kömək edə biləcək uzaqmənzilli silahları ya verir, ya da təmin etməyə qadirdir. Dnepr, Krivoy Roq... Biz hər gün insanlarımızı itiririk", - deyə Zelenski əlavə edib.


Etiketlər:  Ukraynanın qələbəsi yalnız dörd ölkədən asılıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ