Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sink oksid əsasında hazırlanmış ekran örtüyü smartfonu xəstəlik törədən bakteriyalardan qoruyacaq

Sink oksid əsasında hazırlanmış ekran örtüyü smartfonu xəstəlik törədən bakteriyalardan qoruyacaq

Tarix: 30 Noyabr 2019 12:12

Sankt-Peterburq şəhərində İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin mühəndisləri smartfonların displeyini yağlı izlərdən və sağlamlıq üçün təhlükəli bakteriyalardan qoruyacaq sink oksid əsasında yeni şəffaf material hazırlayıblar. Bu haqda “Materials Today Communications” jurnalında dərc edilmiş məqalədə məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, alimlər, bir neçə il olar ki, elektron qurğular və tibbi avadanlıqları xəstəlik törədən bakteriyalardan qoruyacaq ucuz antibakterial örtük hazırlamağa çalışırlar.

 

İndi alimlər sink oksid əsasında yüksək antibakterial xüsusiyyətə malik möhkəm və elastik material hazırlamağa müvəffəq olublar.

 

Emil Hüseynov




Etiketlər:  Sink oksid əsasında hazırlanmış ekran örtüyü smartfonu xəstəlik törədən bakteriyalardan qoruyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ