Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2024 21:40
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bloger instaqram səhifəsində kişilərin gec ailə qurması ilə bağlı bunları yazıb:
"Heç bir kişi gec evlənməkdən ölməyib, amma tələskənlik və yanlış seçimə görə xeyli qırılan həyatlar var. Buna görə tələsməyə ehtiyac yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl bloger anasını gəlin namizədləri ilə tanış etdiyni, lakin hələ seçim edə bilmədiyini bildirmişdi.