Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2024 23:34
Sevgilisi Dikson Ndiema Paris-2024 Yay Olimpiya Oyunlarında Uqandanı təmsil edən idmançı Rebekka Çepteqinin üzərinə benzin tökərək onu yandırıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 33 yaşlı idmançı dünyasını dəyişib. Bu barədə Uqanda Atletika Federasiyası sosial şəbəkədə məlumat yayıb.
"Məişət zorakılığının qurbanı olmuş idmançımız Rebekka Çepteqeyinin vəfatından kədərliyik. Bu cür zorakılıqları pisləyir və ədalət tələb edirik. Ruhu şad olsun" deyə, bəyanatda deyilir.
Qeyd edək ki, Dikson evdə mübahisə zamanı Rebekkanın üstünə bir banka benzin tökərək onu yandırıb. Qızın bədəninin 75%-dən çoxu yanıb. Onun özü də yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onu da qeyd edək ki, Rebekka 2024-cü il Paris Olimpiadasında məsafəyə qaçış növü üzrə 44-cü yeri tutub. O, bundan əvvəl 2022-ci ildə Taylandda Trail Running Dünya Çempionatında qızıl medal qazanıb.