Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehdi Sobhani: Yeni görüşün tarixi müəyyən edilib

Mehdi Sobhani: Yeni görüşün tarixi müəyyən edilib

Tarix: 6 Sentyabr 2024 19:48

"3+3" regional əməkdaşlıq platforması çərçivəsində yeni görüşün tarixi müəyyən edilib".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib. 

"Tarix müəyyən edilib və o, diplomatik kanallar vasitəsilə elan ediləcək", - deyə səfir qeyd edib.

Xatırladaq ki, M.Sobhani daha əvvəlki açıqlamasında "3+3" formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın zamanlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.

Onu da qeyd edək ki, "3+3" platforması çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub. Sözügedən görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. Gürcüstan iclasda iştirakdan imtina edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan bu görüşdə də iştirak etməyib.


Etiketlər:  Mehdi Sobhani Yeni görüşün tarixi müəyyən edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ