Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı deputat: “Ağ hərbi bilet” almaq üçün 37 min dollar ödəyirlər

Ukraynalı deputat: “Ağ hərbi bilet” almaq üçün  37 min dollar ödəyirlər

Tarix: 7 Sentyabr 2024 13:20

Ukraynada səfərbərlikdən yayınmaq üçün 37 min dollara "Ağ hərbi biletlər" (sağlamlığınıza görə sizi hərbi xidmətdən azad edən hərbi biletlər - Qeyd) alınır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Yurçenko səsləndirib.

"Daim eşidirik ki, bir hərbi komissar İspaniyada ev alıb, digər hərbi komissar rüşvətə görə saxlanılıb. İndi "Ağ hərbi bilet" almaq üçün 37 min dollar ödəyirlər ", - deyə o bildirib.

Ukraynanın "Strana" nəşri xalq deputatının sözlərini şərh edərək xatırladıb ki, səfərbərlik qanunvericiliyi sərtləşdirilənə qədər həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinin dəyəri 5-10 min dollar təşkil edirdi.


Etiketlər:  Ukraynalı deputat hərbi bilet almaq üçün dollar ödəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ