Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmə məlum olmayan 36 yeni virus aşkarlandı

Elmə məlum olmayan 36 yeni virus aşkarlandı

Tarix: 7 Sentyabr 2024 18:21

Çin və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu narahatedici bir kəşf edib. Belə ki, müxtəlif xəstəliklərdən ölmüş 28 növə aid 461 kənd təsərrüfatı heyvanının cəsədində 125 virus aşkarlanıb ki, bunlardan 36-sı əvvəllər elmə məlum olmayıb.

Milli.Az bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, bu barədə "South China Morning Post" qəzeti mütəxəssislərin araşdırmasına istinadən məlumat verib.

Bildirilir ki, ən şok edici məqam tapılan viruslardan 39-nun digər heyvanlara və insanlara ötürülə biləcəyidir, onlardan 11-i artıq əvvəllər insanlarda aşkarlanıb.

Alimlərin fikrincə, ən böyük təhlükəni yenotabənzər itlər və su samurları təşkil edir. Məhz onların orqanizmlərində insan üçün potensial təhlükəli olan viruslar çox olub. Belə ki, fermaların birində iki su samurunun bədənində HKU5 koronavirusu tapılıb. Bundan əlavə, tarixdə ilk dəfə olaraq qunduzda da koronavirus aşkarlanıb.

Alimlər, həmçinin "dovşan" adlandırılan yeni növ koronavirus müəyyən ediblər və ümumilikdə müxtəlif növ koronavirusların böyük miqdarını qeydə alıblar. Bu tapıntılar böyük pandemiyaların ola biləcəyi ilə bağlı alimlərdə ciddi narahatlıq doğurub.

Milli.Az


Etiketlər:  Elmə məlum olmayan yeni virus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ