Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xaç atası''nın yaradıcısından yeni film

''Xaç atası''nın yaradıcısından yeni film

Tarix: 8 Sentyabr 2024 13:00

"Lionsgate Movies" kinoşirkətinin "YouTube" kanalında məşhur "Xaç atası" filminin rejissoru Frensis Ford Koppolanın növbəti filmi olan "Meqapolis"in yeni treyleri yayımlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, film tamaşaçıları gələcəyə aparacaq. Burada dahi bir memar Nyu-Yorku yenidən qurmaq və onu "dünyanın paytaxtına çevirmək" istəyir, lakin acgöz şəhər merinin müqaviməti ilə üzləşir.

Rollarda Saya LaBaf, Lourens Fişbörn, Forest Uitaker, Dastin Hoffman kimi məşhurlar çəkiliblər.

"Meqapolis"in dünya premyerası sentyabrın 27-də baş tutacaq. Film ilk dəfə Kann Film Festivalında nümayiş etdirilib.

Milli.Az


Etiketlər:  Xaç atasının yaradıcısından yeni film


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ