Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azarkeşlərin diqqətinə: ''Tottenhem'' - ''Qarabağ'' oyunu…

Azarkeşlərin diqqətinə: ''Tottenhem'' - ''Qarabağ'' oyunu…

Tarix: 14 Sentyabr 2024 08:48

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Tottenhem" (İngiltərə) -"Qarabağ" matçını "Tottenham Hotspur Stadium"da izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, azarkeşləri əldə etdikləri vauçerləri oyun günü stadionun "Block 503" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. Biletlərin qiyməti 80 AZN-dir.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, "Tottenhem"-"Qarabağ" oyunu sentyabrın 26-ı ilə Bakı vaxtı saat 23:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Azarkeşlərin diqqətinə Tottenhem Qarabağ oyunu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ