Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maks Ferstappen Bakıda ilk yürüşlərdən sonra pozitiv olduğunu bildirib

Maks Ferstappen Bakıda ilk yürüşlərdən sonra pozitiv olduğunu bildirib

Tarix: 14 Sentyabr 2024 12:20

"Formula-1" üzrə üçqat və hazırkı dünya çempionu Maks Ferstappen Bakıda yarış həftəsonunun başlamasından məmnun qalıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, cümə günü sərbəst yürüşün nəticələrinə görə yalnız 6-cı nəticə göstərməsinə baxmayaraq, "Red Bull" pilotunun əhvalı yüksəkdir.

O, trekdə düzgün istiqamətdə irəlilədiklərini vurğulayıb: "Çox şey öyrənmişik, sadəcə, bəzi düzəlişlər etməliyik. Düşünürəm ki, bu həftəsonu daha yaxşı formadayıq və bu, bizi sevindirməyə bilməz. İkinci məşq birinci ilə müqayisədə bir qədər çətin keçdi. Görünüşlə bağlı problemlər var idi: günəş batanda binaların arasında parıltı yaranır. Tras kifayət qədər sürüşkəndir, 90 dərəcəli dönmələr çoxdur, ona görə də tarazlığı hələ də yaxşılaşdırmaq lazımdır".

Milli.Az


Etiketlər:  Maks Ferstappen Bakıda yürüşlərdən sonra pozitiv olduğunu bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ