Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var (YENİLƏNİB)

ABŞ-da məktəbdə atışma olub, ölən və yaralananlar var (YENİLƏNİB)

Tarix: 8 May 2019 07:00

İlk xəbər saat 02:06-da yayımlanıb

Bakı. Trend:

ABŞ-ın Kolorado ştatında məktbəbdə baş verən atışma nəticəsində bir nəfər həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Duqlas dairəsinin şerifinin ofisindən bildiriblər.

Bildirilri ki, Haylends Renç rayonunda STEM məktəbində baş verən atışma nəticəsində 18 yaşlı şəxs həlak olub, daha 7 nəfər isə yaralanıb.

Məluimata əsasən, şübhəli bilinən şəxslər məktəbə daxil olublar və məktəblilərə atəş açmağa başlayıblar.

Qeyd edilir ki, insidentlə əlaqədar 2 nəfər saxlanılıb, hadisə yerində araşdırma davam etdirilir.

XXX

02:06

ABŞ-ın Kolorado ştatında məktbəbdə atışma baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Duqlas dairəsinin şerifi öz "Twitter" səhifəsində yazıb.

Şerif bildirib: "Saat 13:53-də (23:53 GMT+4) Haylends Renç rayonunda STEM məktəbində atışma barədə məlumatlara reaksiya verdik, iki nəfər yaralanıb, şerifin müavini atəş açan və ya açanların axtarışı və kimliyinin müəyyən edilməsi prosesindədir".

Qedy edilir ki, hadisə yerində vəziyyət qeyri-stabildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ məktəbdə atışma olub ölən yaralananlar YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ