Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Tarix: 15 Sentyabr 2024 12:40

Ermənistanın müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan və ona yaxın olan şəxslər hökumətə 200 milyon dram (təxminən 500 min dollar - red.) ödəyəcəklər.

Sonxeber.net globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, 2020-ci il oktyabrın 8-də A.Mirzəbekyan dövlət əmlakını mənimsəmədə ittiham edilib və barəsində istintaq başladılıb. 2024-cü ilin 30 avqust tarixində isə onunla razılaşma imzalanıb. Buna əsasən Mirzəbekyan və ona yaxın şəxslər hökumət büdcəsinə 200 milyon dram ödəyəcəklər. Həmçinin onların 5 daşınmaz əmlakı, 1 avtomobili, 12 bank depoziti və istiqrazlarını təhvil verəcəyi açıqlanıb.

Qeyd edək ki, A.Mirzəbekyan 2016-cı ildə "Dördgünlük müharibə" adlanan hərbi toqquşmadan sonra - 26 aprel tarixində müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Onun məhz bu döyüşlərdəki uğursuzluq səbəbindən qovulduğu bildirilib.


Etiketlər:  Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ