Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 12:50
Səhhəti pisləşdiyi üçün "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən meyxanaçı Xəyyam Əhmədli evə buraxılıb. Amma vəziyyəti ağır olaraq qalır.
Sonxeber.net bildirir ki, bunu Yenicag.az-a açıqlamasında sənətçi özü deyib:
"Xəstəxanadan çıxarıb evə gətiriblər. Amma vəziyyətim yaxşı deyil. Səhhətimdə irəliləyiş yoxdur. Güclə danışıram, yataq rejimindəyəm. Dava-dərman olunur, amma müalicənin xeyri yoxdur. Əməliyyat üçün də taqətim yoxdur".