Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 14:24
İcbari Sığorta Bürosunun (İSB) İcraçı Direktoruna müavin təyin edilib.
Sonxeber.net banker.az-a istinadla xəbər verir ki, Seymur Mirzəyev bu vəzifəyə təyin edilib.
O, 2024-cü ilin sentyabrından bu vəzifənin icrasına başlayıb.
S.Mirzəyev 12 ilə yaxındır ki, İSB-də çalışır. Son iki ili Biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.
İSB-yə rəhbərlik 2024-cü ilin ikinci yarısından etibarən Vüsal Məsiyevə həvalə edilib. Buna qədər isə bu vəzifədə Rəşad Əhmədov çalışmışdı.
İcbari Sığorta Bürosu 2011-ci ildə təsis edilib. İSB "İcbari sığortalar haqqında" Qanununun tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun fəaliyyətini tənzimləyir.