Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peskov: Bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir

Peskov: Bu mövqe son dərəcə  təxribatçı və təhlükəlidir

Tarix: 18 Sentyabr 2024 15:44

NATO rəhbərliyinin Rusiya Federasiyasına Qərb silahları ilə mümkün hücumların nəticələri ilə bağlı Prezident Vladimir Putinin bəyanatlarını nəzərə almaq istəməməsi təhlükəli və qeyri-peşəkar addımdır.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə Rusiya ərazisini Qərb silahları ilə vurmağa icazə verəcəyi təqdirdə təşkilatın Ukraynadakı münaqişənin bir hissəsinə çevrilməyəcəyi ilə bağlı bəyanatlarını belə şərh edib:

"Rusiya Prezidentinin bəyanatlarını ciddi qəbul etməmək üçün belə bir istək tamamilə qeyri-uzaqgörənlik, qeyri-peşəkar addımdır. Aydındır ki, qısa müddətdən sonra Stoltenberq artıq deyilən sözlərə görə məsuliyyət daşımayacaq, lakin bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir".


Etiketlər:  Peskov mövqe dərəcə təxribatçı təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ