Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 21:56
Belarusda hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunanlar ölkə Prezidenti Aleksandr Lukaşenkonun helikopterini pulemyotla vuraraq məhv etməyi planlaşdırıblar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Belarus-1 telekanalının yayımladığı "Qətl planı. Hədəf Lukaşenkodur" filmində iş üzrə müttəhimlərdən biri Yuri Zenkoviç deyib.
"Dövlət başçısının helikopterini ya havaya qalxanda, ya da enərkən pulemyotla vurmaq nəzərdə tutulurdu", - o bildirib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 5-də Minsk Vilayət Məhkəməsi Zenkoviçi Belarusda hakimiyyəti ələ keçirmək cəhdinə görə 11 il müddətinə azadlıqdan məhrum edib.