Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 06:16
SEPAH hərbçilərinin Livanda portativ peycer partlayışlarının qurbanı olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Əli Məhəmməd Naeini Tasnim-ə müsahibəsində deyib.
General Naeini bir sıra media orqanları və sosial media hesabları tərəfindən Livanda eyni vaxtda peycer partlayışları nəticəsində SEPAH əsgərlərinin həlak olması ilə bağlı yayılan şayiələri təkzib edib.
Onun sözlərinə görə, peycerlərin partlaması nəticəsində heç bir SEPAH hərbçisi xəsarət almayıb.