Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2024 11:54
Amerika Birləşmiş Ştatlarında xəstə həkim səhvinin qurbanı olub.
Sonxeber.net azxeber-ə istinadla bildirir ki, ABŞ-ın Alabama ştatında 70 yaşlı xəstə sol tərəfində ağrılar şikayəti ilə həkimə müraciət edib.
Ağrının dalağında olan problemdən qaynaqlandığını deyən həkimlər xəstəyə əməliyyat məsləhət görüblər.
Cərrahiyyə əməliyyatı zamanı dalağı yerinə təsadüfən qaraciyəri çıxarılan xəstə dünyasını dəyişib.
Xəstə yaxınları həkimi polisə şikayət edib.
Qeyd edək ki, 2022-ci ildə ABŞ-da 1440, 2023-cü ildə isə 1411 belə hadisə baş verib.