Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 23:56
ABŞ-ın vitse-prezidenti Kamala Harris oktyabrın 23-də respublikaçı Donald Trampla debatların ikinci raundunun keçirilməsi təklifini qəbul edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Harrisin kampaniyasının sədri açıqlamasında bildirib.
"Vitse-prezident Harris Donald Trampla səhnəni bölüşmək üçün daha bir fürsətə hazırdır və CNN-in oktyabrın 23-də debatda iştirak etmək dəvətini qəbul edir. Donald Trampın bu debatda iştiraka razılıq verməklə heç bir problemi olmamalıdır", - o qeyd edib.