Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Genetika dişlərin sağlamlığında rolu

Genetika dişlərin sağlamlığında rolu

Tarix: 22 Sentyabr 2024 10:27

Genetika dişlərin sağlamlığında mühüm rol oynayır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Rusiyalı həkim-genetik Veronika Popova bildirib ki, ən geniş yayılmış irsi diş problemlərinə dişlərin qeyri-bərabər yerləşməsi, sıxlığı və hətta ağız boşluğu xərçəngi riski daxildir: "Genlər qismən dişlərin çıxma vaxtını və ardıcıllığını müəyyən edir. Həmçinin, bəzi insanlarda müəyyən daimi dişlər olmur və bu irsən keçə bilər. Lakin hətta insana dişlərin sağlamlığına cavabdeh olan genlərin ən yaxşı kombinasiyası keçməsə belə, profilaktik tədbirlər görməklə nəticələrin qarşısını almaq mümkündür".

Genlər həmçinin diş ətinin və minanın qalınlığına və möhkəmliyinə təsir edir ki, bunların vəziyyəti dişləri yaşlılığa qədər qoruyub saxlamaq şansını müəyyən edir.

"Diş əti qoruyucu baryerdir, bakteriyaların və digər zərərli maddələrin diş köklərinə daxil olmasının qarşısını alır. Bəzi insanlarda mina möhkəm, kariyesə davamlıdır, digərlərində isə zəifdir və o asanlıqla eroziyaya uğrayır", - deyə həkim bildirib.

Valideynlərdə diş problemlərinin olması stomatoloqa getməkdən imtina etmək üçün səbəb deyil. Öz zəif nöqtələrinizi bilmək dişləri qorumağa kömək edəcək, lakin stomatoloqda müntəzəm müayinədən keçmək vacibdir.

"Hər gün dişlərinizi fırça ilə təmizləyin, diş sapından istifadə edin və ağız boşluğuna zərər verə biləcək maddələrdən çəkinin" , - deyə həkim yekunlaşdırıb.

 


Etiketlər:  Genetika dişlərin sağlamlığında rolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ