Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2024 21:44
"Böyük strateq" - bunu dırnaq arasında işlədirəm - Putinə sual vermək istəyirəm. Müharibəyə başlamazdan əvvəl sizə məsləhət gördülər ki, Ukrayna savaşına qədər Zəngəzur dəhlizi məsələsini həll edək - Türkiyə, Suriya, Livan, Mərkəzi Afrika ilə əlaqələr quraq. Dedilər, təcili Ermənistanla problemi həll edərik. Ay-hay, alınmadı...
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan deyib.
"Siz dörd ölkə, Pakistan, ərəb və Yaxın Şərqdəki terrorçu dostlarınızla bap-balaca Ermənistanı dəhliz verməyə məcbur edə bilmədiniz. Ordu oranı dişləri ilə saxladı. Anbardakı ehtiyat isə sadəcə 12 günə bəs edirdi.
2021-ci ildə, Ukraynaya girəndən sonra, 2022, 2023-cü ildə təzyiq etdilər, əsəbiləşdilər ki, Zəngəzur dəhlizini aça bilmirlər, qisas almaq üçün Qarabağı bizdən alıb, Azərbaycana verdilər və erməniləri deport etdilər", - o bildirib.