Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2024 13:58
ABŞ Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı Türkiyəyə yeni təklif verib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti mənbələrə istinadla yazıb.
İddiaya görə, ABŞ rəsmiləri F-35 qırıcılarının Türkiyəyə satışının qarşısındakı maneəni aradan qaldırmaq üçün Rusiya sistemlərinin "yumşaq" bir şəkildə deaktivləşdirilməsini təklif ediblər. Məqalədə qeyd olunur ki, bu çərçivədə ABŞ rəsmiləri S-400-lərin Türkiyənin cənubundakı İncirlik bazasında yerləşdirilməsinə dair təklif irəli sürüb: "Bununla raketlər həm Türkiyədə qalacaq, həm də Rusiya ilə razılaşma pozulmadan qalacaq".
Yunan nəşri iddia edir ki, Türkiyənin F-35 proqramına yenidən qayıtması üçün ya S-400-lərin ABŞ-a təhvil verilməsi, ya da Amerikanın nəzarətindəki İncirlik bazasında yerləşdirilməsi şərt kimi irəli sürülüb.
"Kathimerini"nin yazdığına görə, Türkiyənin ABŞ-a cavabı müsbət deyil.
Pentaqonun keçmiş rəsmisi Maykl Rubin söyləyib ki, Ankara bundan imtina edərək, sistemləri Türkiyə daxilində qutularda saxlayacaqlarını bildirib: "Amma anlaşma ehtimalı tam aradan qalxmayıb".