Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evlərindəki kişi bunlara deməlidir ki...'' - FOTO

''Evlərindəki kişi bunlara deməlidir ki...'' - FOTO

Tarix: 23 Sentyabr 2024 16:55

"Biz də məclislərə gedirik. Niyə bizdən həmin mahnıları tələb etmirlər? Məndən xahiş edən olsa, çıxıb məclisdən gedərəm. Sənətimə, musiqiyə özümə hörmət edən oğlanam. Bir ucuz mahnıya görə ölkəni zəbt etmək olmaz".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Elgizlə izlə" verilişində deyib. Sənətçi bir neçə gündür gündəmdən düşməyən Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalından danışıb. O bildirib ki, ifaçıların oxuduğu mahnı Azərbaycan musiqisi üçün utancvericidir: 

"Hər ikisi ailəlidir, evində kişi var. Deməlidir ki, bəsdirin, qurtarın. 31 ildir evliyəm, Nadir Qafarzadənin həyat yoldaşını və ya gəlinini TikTok-da görmüsünüz? Yox, görməyəcəksiniz də. Azadlıq deyib hər şeyi abartdıq. Qurumlar buna baxmalıdır. Yataq otağını qoyduq ortaya".

Qeyd edək ki, Şəbnəm və Vəfa "Cənnətimsən" mahnısı üstündə mübahisə edir.


Etiketlər:  Evlərindəki kişi bunlara deməlidir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ