Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilə qadın 3-cü mərtəbədən avtomobilin üzərinə DÜŞDÜ

Hamilə qadın 3-cü mərtəbədən avtomobilin üzərinə DÜŞDÜ

Tarix: 23 Sentyabr 2024 18:58

Hadisə Kayserinin Melikqazi rayonunda yerləşən 11 mərtəbəli yaşayış binasında qeydə alınıb. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, hamilə olduğu iddia edilən Gizem A. (26) müvazinətini itirərək 3-cü mərtəbədə yaşadıqları evin mətbəxinin pəncərəsindən yıxılıb. 

Aşağıda park halında olan nəqliyyat vasitənin üzərinə düşən Gizem A. daha sonra betona çırpılıb.

Ətrafdakıların xəbəri üzərinə əraziyə polis və sağlamlıq qrupları sövq edilib. Ağır yaralanan bədbəxt qadın təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Polis qrupları da təhlükəsizlik tədbirləri görərək ətrafa baxış keçirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  Hamilə qadın mərtəbədən avtomobilin üzərinə DÜŞDÜ


RƏYLƏR