Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 01:00
Bu gecə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
Qol.az-ın məlumatına görə, "Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfindədir. İngilislər Amsterdamdakı qarşılaşmada geridönüş etməyə çalışacaqlar.
Qeyd edək ki, bu cütün qalibi finalda "Liverpul" ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.
8 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun - 1:0
7 may
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0