Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günaydan ərə getməyi ilə bağlı açıqlama - VİDEO

Günaydan ərə getməyi ilə bağlı açıqlama - VİDEO

Tarix: 23 Sentyabr 2024 21:30

Müğənni Günay İbrahimli şəxsi həyatı ilə bağlı diqqət çəkən açıqlama verib.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "İncə səhər" verilişində danışıb.

Belə ki, proqramın aparıcısı Vüsalə Əlizadənin "Qış yoxsa yaz, yay gəlini olmaq istəyirsiniz?" sualına G.İbrahimli "Qış gəlini olmaq istəyirəm" cavabını verib.

Bundan sonra efirdə "Vağzalı" mahnısı səslənib. 

Günay daha sonra "Şou-biznesdə hamı ərə gedib deyə hamı məndən yapışıb"  sözlərini deyərək məsələyə nöqtə qoyub. 

Qeyd edək ki, bir neçə gün əvvəl G.İbrahimli "Sevdiyim insan var" adlı nəğməsinə gəlinlikdə klip çəkdirib. Ekran işi işıq üzü görməmiş Günay barmağında üzüklə fotosunu paylaşaraq "Mən "hə" dedim" şərhini yazıb. Bundan sonra ifaçının tezliklə ərə gedəcəyi ilə bağlı məlumatlar yayılıb.

Milli.Az


Etiketlər:  Günaydan ərə getməyi ilə bağlı açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ