Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və İtaliya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - FOTO

Azərbaycan və İtaliya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - FOTO

Tarix: 25 Sentyabr 2024 02:27

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüş keçiriblər.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabına istinadən xəbər verir.

Görüşdə Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, ticarət, enerji və təhlükəsizlik sahələrində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər, eyni zamanda, COP29-un sədrliyi çərçivəsində mümkün əməkdaşlıq sahələri və işğaldan azad edilmiş ərazilərin bərpası səyləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Azərbaycan İtaliya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ