Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk mobil telefon SSRİ-də yaranıbmış - VİDEO

İlk mobil telefon SSRİ-də yaranıbmış - VİDEO

Tarix: 27 Sentyabr 2024 09:12

Dünyada ilk mobil telefonun 1973-cü ildə ABŞ-da "Motorola" şirkəti tərəfindən deyil, 50-ci illərdə SSRİ-də yaradılıb.

Sonxeber.net kult.az-a xəbər verir ki, dünyada mobil telefonun ilk yaradıcısı sovet radiomühəndisi Leonid Kupriyanoviç hesab olunur.

Kupriyanoviç 1957-ci ilin aprelin 9-da ilk dəfə LK-1 lampa ötürücülü portativ mobil telefonun yaratdığını elan edir.

3 kq çəkisi olan ilk mobil telefonun əhatə dairəsi 20-30 kilometr olub. Telefon batareyası dəyişilmədən 30 saatadək işləyə bilirdi.

1958-ci ildə mühəndis təkmilləşdirmə apararaq 500 qramlıq LK-2, 1961-ci ildə isə 70 qramlıq LK-3 mobil telefonunu yaradır.

Qeyd edək ki, "Motorola"dan 16 il əvvəl mobil telefonu yaratmasına baxmayaraq, Kupriyanoviçin bu ixtirası hətta SSRİ-də belə tanınmadı. Bunun səbəbləri isə məlum deyil.


Etiketlər:  İlk mobil telefon SSRİ yaranıbmış VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ