Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni komaya düşdü - FOTO

Məşhur müğənni komaya düşdü - FOTO

Tarix: 1 Oktyabr 2024 15:30

2000-ci ildə ekrana çıxması ilə ulduzu parlayan rusiyalı müğənni Saşa Projekt  (Aleksandra Ginzburq) komaya düşüb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, o, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun psixotrop həblər içdiyi bildirilir.

38 yaşlı Aleksandra Ginzburq psixotrop dərmanlardan zəhərlənmə diaqnozu ilə Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin sabit ağır olduğunu bildiriblər. Bir müddət öncə müğənninin uğursuz plastik əməliyyat nəticəsində burun, dodaq və damaqlarında infeksiya yaranması,üzünün deformasiyaya uğraması barədə xəbərlər yayılmışdı.

Milli.Az


Etiketlər:  Məşhur müğənni komaya düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ